İnternetdə problem yarandı, 41 namizəd imtahana davam edə bilmədi – Rəsmi açıqlama

media-hightechnic-468x90

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

media-banner_tuq

MÜTDA-dan Yenicag.az-a verilən məlumata görə, bu gün namizədlər təsviri incəsənət, texnologiya, Azərbaycan dili, biologiya və fiziki tərbiyə fənləri üzrə bilik və bacarıqlarını yoxlayıblar. Test imtahanlarının ikinci gününə 5809 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 16 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Bununla yanaşı bildiririk ki, Balakən şəhər İmaməddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.

Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilmişdir.

Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi 18 iyul tarixində təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05