!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu düşüncələr altsheymer riskini artırır

!Reklam – Yazi

London Universitetinin alimləri mənfi düşüncələrin Altsheymer xəstəliyinin – sağalmaz və ölümcül demensiyanın inkişafına səbəb ola biləcəyini müəyyən edib.

Yenicag.az xəbər verir ki, “Alzheimer’s & Dementia” jurnalında təhlükəli demensiyanın yaranmasının yeni səbəbləri barədə alimlərin məqaləsi dərc olunub.

Bir neçə il davam edən araşdırmada 55 yaşdan yuxarı 360 nəfər iştirak edib. Depressiya və stressi ölçülən könüllülər vaxtaşırı keçmişi düşündüklərini və gələcək üçün narahat olduqlarını bildirib. İştirakçıları yaddaş, diqqət, məkan təfəkkürü və dil baxımından da test ediblər. Tau protein və amiloid beta səviyyəsini təyin etmək üçün 113 nəfər pozitron emissiya tomoqrafiyasından keçirilib.

Məlum olub ki, təkrarlanmış mənfi düşüncə sonrakı dörd il ərzində koqnitiv funksiyaların azalmasına (məsələn, yaddaş pozğunluğu), həmçinin Altsheymer xəstəliyində də müşahidə olunan beyində zərərli protein aqreqatlarının çökməsinə gətirib çıxarır. Artıq məlumdur ki, depressiya və stress demensiyanın inkişaf amilləridir, lakin ilk dəfə müəyyən düşüncə formalarının belə bir amil kimi çıxış edə biləcəyi göstərilib.

2019-cu ilin sentyabr ayında həftədə bir neçə dəfə edilən məşqlərin xəstəliyin yüksək riski olan insanlarda Altsheymer xəstəliyinin inkişafını gecikdirə biləcəyi bildirilmişdi. Bu nəticələr ABŞ-ın Texas Universitetinin Cənub-qərb tibb mərkəzinin alimləri tərəfindən təqdim olunmuşdu. /publika.az/

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv