Gürcüstan Futbol Federasiyasının İntizam və futbol mübahisələri üzrə komissiyasının iclası keçirilib.
Yenicag.az xəbər verir ki, Federasiyanın iclasında saxtalaşdırılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.
Toplantıda həmin futbolçulardan 5-nin idman fəaliyyətini qadağan edən sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasından çıxış etmiş Nikoloz Maisuradze də var.
Komissiyanın qərarı ilə “WIT Georgia” liqadakı 6 xalını itirib və klub 18 min dollar məbləğində cərimə olunub.
Xatırladaq ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-si isə 10 min lari məbləğində cərimə edilib. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb.
www.yenicag.az