!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu görüş bir yandan da Makrona dərs olmalıdır ki, başından böyük işlərə girişməsin" - ŞƏRH

!Reklam – Yazi

“Bu o deməkdir ki, NATO-Rusiya arasındakı münasibətlər nəinki yumşalacaq, əksinə Putinin bu hərəkətləri ilə vəziyyət daha da gərginləşəcək”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Makronun Moskva görüşü haqqında danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Putin-Makron görüşü tam nəticəsiz bitib:

“Görüşün nəticəsiz bitməsinə səbəb Putinin özünü olduqca diplomatik etikadan kənar, ədəbazlıq həddinə çatan formada aparmasıdır. Bu günə qədər əli cibində, böyük otağın bir başında dayanıb, qarşı tərəfə yalnız əlini qaldırmaqla salam verən prezident görməmişəm. Putin daha sonra onunla görüşmədən masa arxasında əyləşib. Düşünürəm ki, bu, COVID-19-a görə edilmiş bir hərəkət deyil. Ola bilsin ki, Putin özünü ciddi surətdə virusdan qoruyur. Ancaq bu həm də onu göstərir ki, NATO ilə, Avropa Birliyi ilə Rusiya arasındakı məsafə çoxdur, mövqeləri bir-birinə yaxınlaşdırmaq hətta mümkün deyil. Putinin bu hərəkətləri adamda heyrət doğurur. 5 saat görüş keçirildi. Görüş nəticəsiz bitdi. Üstəlik görüşdən sonra keçirilən mətbuat konfransında Putin yenə də həddindən artıq əsəbi, kobud idi. Fransız jurnalistin sualına cavab verərkən də, bütün qəzəbini həmin jurnalistin üstünə tökdü. Mətbuat konfransından Makronu gözləmədən çox qəribə tərzdə, tərəf müqabilinə sağ ol demədən otağı tərk etdi. Bütün bunlar onu göstərir ki, Rusiya özünü hegemon apardı və qarşı tərəfi də heçə sayırmış kimi qeyri-etik davranışlar sərgilədi.

Bunlar onu göstərir ki, Qərblə Rusiya arasında kifayət qədər fərqlər var. Rusiyanın mövqeyi meydanoxuyucu idi. Düşünürəm ki, Putinin hərəkətlərini dünya normal qəbul etmədi. Putinin hərəkətlərində imperialist ədası var idi. Bu onu göstərir ki, meydanoxuyucu bir tərzdə Qərbin təkliflərini geri çevirdi. Onlara ultimativ formada cavab qaytardı.

Bu görüş bir yandan da Makrona dərs olmalıdır ki, başından böyük işlərə girişməsin”.

Səxavət Məmməd

www.yenicag.az

532
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv