!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün bizi dəhşətli isti gözləyir

!Reklam – Yazi

img1863912Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv