Bu günə olan məzənnə

Azərbaycan Mərkəzi Bankı 20 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, iyulun 20-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9828 manat təşkil edir.

1 türk lirəsi 0,3529 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6935 manatdır.

COP29