Bu həftə derbi olacaq
Sabah İtaliya “A seriya”sında derbi həyəcanı yaşanacaq.
Əzəli rəqiblər “Milan” və “İnter” növbəti dəfə üz-üzə gələcəklər. Hər iki klub hazırda tarixinin ən bərbad günlərini yaşamaqdadır. Lakin bu iki komandanın qarşılaşması hər zaman böyük marağa səbəb olub. 11 turdan sonra 17 xal toplayan “Milan” VII dir. “İnter” isə 16 xalla IX sırada qərarlaşıb. Barışmaz rəqiblərin bu dəfəki görüşü sabah, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. (qafqazinfo.az)