Bu il 300 mindən çox daşınmaz əmlak çıxarışla təmin edilib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə Yenicag.az-a Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
10 ayda fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Hesabat dövründə 214 701 texniki pasport tərtib edilib, 51 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.












