Bu il mülkiyyət ilə bağlı verilən çıxarışların sayı açıqlandı

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 min 61 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

media-banner_tkm

Yenicag.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 min 891-i (19,5 faiz) ilkin, 264 min 170-i (80,5 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 64 min 366, mənzil – 85 min 424, torpaq sahəsi – 166 min 494, qeyri-yaşayış binası – 2832, qeyri-yaşayış sahəsi – 8172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 min 917-si Bakı şəhərinin, digər hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 235 min 713 texniki pasport tərtib edilib, 56 min 948 ipoteka müqaviləsi qeydiyyata alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05