!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ixtisas qruplarında GƏRGİN RƏQABƏT: Keçid balları kəskin şəkildə artacaq

!Reklam – Yazi

“İkinci ixtisas qrupu ilə müqayisədə üçüncü ixtisas qrupunda 600 balı keçən abituriyentlərin sayı daha çoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2-ci və 3-cü ixtisas qruplarında keçid ballarının artıb-azalması və bu qruplarda yaranacaq rəqabət haqda danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, 2-ci ixtisas qrupunda ən yüksək bal toplayan bir nəfər abituriyent maksimal nəticə göstərib:

“7 iyul tarixində 2-ci və 3-cü ixtisas qruplarına keçirilən 2-ci cəhd qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra bəlli oldu ki, 2-ci ixtisas qrupunda ən yüksək bal toplayan bir nəfər abituriyent maksimal nəticə göstərib. Lakin 2-ci ixtisas qrupu ilə müqayisədə 3-cü ixtisas qrupunda isə 600 balı keçən abituriyentlərin sayı daha çoxdur. Ümumiyyətlə, 3-cü ixtisas qrupunda olan nəticələr ötən illərə nisbətən daha yaxşıdır. Bu da ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir göstərəcək. Yəni ötən illə müqayisədə bu ixtisas qrupunda keçid balları daha çox artacaq”.

Mütəxəssis qeyd edib ki, 2-ci ixtisas qrupuna gəldikdə isə burada əsasən prestijli ixtisaslarda artım gözlənilir:

“400 bala qədər olanlarda vəziyyət nisbətən daha yaxşıdır. Yəni bu arealda bal toplamış abituriyentlərin sayı azlıq təşkil etdiyi üçün burada keçid ballarında o qədər də artım gözləmirik. İxtisaslar üzrə rəqabətdə 3-cü ixtisas qrupunda daha gərgin rəqabət mühiti var. 2-ci ixtisas qrupunda isə əsasən 400 baldan yuxarı toplayanlarda daha gərgin rəqabət görünür. Əsasən, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, pedaqoji yönümlü – Azərbaycan dili və ədəbiyyatı, xarici dil, tarix müəllimliyi, sosial iş kimi ixtisaslarda keçid balının artacağı ehtimal edilir. İkinci ixtisas qrupunda isə əsasən, tədrisi ingilis dilində olan ixtisaslar – maliyyə, beynəlxalq iqtisadiyyat və logistika, menecment, o cümlədən, mühasibat uçotu və biznesin idarə edilməsi kimi ixtisaslarda da müəyyən qədər artım gözləmək mümkündür”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv