Bu kərə yağında uyğunsuzluq aşkarlandı - VİDEO

media-hightechnic-468x90

Kərə yağı kimi satılan məhsulların tərkibində bitki yağları aşkarlanıb.

Yenicag.az “Xəzər”ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürüb. Nəticədə kərə yağı adı ilə satılan məhsula bitki yağı qatıldığı ortaya çıxıb

Agentlik sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.

Məsələ ilə bağlı həmin məhsulları istehsal edən şirkətlərlə də əlaqə saxladıq. Lakin onlar açıqlama verməkdən imtina etdilər.

Daha ətraflı videoda:

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600