Zelenski Parisdə nəyə NAİL OLACAQ? – “Təqribən 20-25 gün ərzində...”

media-hightechnic-468x90

“Ukrayna NATO-ya üzv olarsa Rusiya nüvə silahından istifadə edə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev bildirib.

O, bu gün Parisdə baş tutacaq olan Zelenski-Makron görüşündən sonra Avropanın Ukraynaya tam dəstək vermək ehtimalını şərh edib:

“Müharibə başlayandan bəri Ukraynanın müqaviməti yalnız Avropanın, bütövlükdə NATO ölkələrinin dəstəyinə arxalanır. Dəstək olmasa, çox güman ki, müharibə təqribən 20-25 gün ərzində bitər. İndiki ehtiyatları da nəzərə alsaq, savaş 1 ay-ay yarıma bitə bilər. Doğrudur, müharibə bitəndən sonra partizan müharibəsi, müqavimət hərəkatı ola bilər, amma böyük həcmdə müharibə dəstəksiz Rusiyanın qalibiyyəti ilə bitər”.

“Ukrayna Avropanın tam dəstəyini ala bilərmi? Xeyr. Əksinə, Avropa bu fikirdə parçalanır, Ukraynaya olan dəstək azalır ki, artmır. Halbuki son zamanlarda Avropada ordu göndərilməsi ilə bağlı müzakirələr var, amma inanmıram ki, hər hansı ölkə tərəfindən ordu göndərilsin. Çünki müharibə gedə-gedə açıq şəkildə ordu göndərilərsə, bu, Rusiya ilə birbaşa müharibəyə girmək deməkdir. Avropa ölkələrinin əksəriyyəti NATO-ya üzv olduğuna görə bu da Rusiya ilə NATO arasında müharibəyə gətirib çıxara bilər. Bu isə bütün dünyaya heç bir yaxşılıq vəd etməyəcək. Bu həm də bir növ hazırda gizli şəkildə gedən Üçüncü Dünya müharibəsinin açıq şəkildə başlanması anlamına gələcək. Bunun da nəticəsi nüvə fəlakəti var ki, bu bir qaçılmaz faktordur”, – deyə o, əlavə edib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO-ya qəbul olacaqları halda müharibənin bitəcəyi ilə bağlı bildirdiyi fikrə isə həmsöhbətimiz belə cavab verib:

“Əgər vaxtında Ukrayna NATO-ya qəbul olunsaydı, bəlkə də müharibə heç başlamayacaqdı. Burada, əslində. başqa məsələ var. Müharibə də elə məhz Ukraynanın NATO-ya üzv olmaq istəyi açıq bəyan olunduqdan və NATO-da bu istiqamətdə fəaliyyətə başladıqdan sonra başladı. Ona görə də mən güman etmirəm ki, hazırkı mərhələdə Ukrayna NATO-ya üzv olarsa, müharibə bitə bilər. Əgər bu baş verərsə, Rusiya artıq özünü müdafiə etmək üçün birbaşa bu hücumları gücləndirə və çox güman ki, hətta nüvə silahından da istifadə edə bilər. Ona görə də düşünmürəm ki, birincisi, NATO Ukraynanı qəbul etsin, ikincisi isə Ukrayna bu təşkilata qəbul olsa belə, müharibənin bitməsinə inanmıram”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600