Elçibəyin əkiz nəvələri oldu
Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.
Körpələrdən biri qız, digəri isə oğlandır.
Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
Onu da bildirək ki, Aytək Yusifsoy bir müddət “Yeni Çağ” Media Qrupunun türkdilli redaksiyasının redaktoru vəzifəsində çalışıb. O, təhsili ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb.
Keçmiş həmkarımızı təbrik edir, övladlarına sağlıq arzulayırıq.