Bakıda DƏHŞƏT: “Melissa Group” yaşayış olan binanı dağıtdı - VİDEO

media-hightechnic-468x90

Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

Həmin görüntüləri təqdim edirik:

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600