Bu marşrutlar da kartla ödəniş sisteminə keçir

media-hightechnic-468x90

Dekabrın 24-dən 108A nömrəli müntəzəm marşrut üzrə sərnişindaşıma müasir tələblərə cavab verən avtobuslarla həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yenicag.az-a bildirilib ki, “Azadlıq prospekti” metrostansiyası – Fatmayı bağları marşrutu üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Belə ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 108A nömrəli avtobus marşrutu müsabiqəyə təqdim edilib. Keçirilən müsabiqədə “Bakubus” MMC qalib elan edilib və xəttin istismarı həmin daşıyıcıya həvalə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600