Reklam

Reklam

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya azərbaycanlıları Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edib.

Yenicag.az xəbər verir ki, ölkə başçısı təbrikində 2017-ci ildə yadda qalan hadisələrdən danışıb:

“2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələri icra etdik. Azərbaycanda sabitliyi təmin etdik. Dünyada gedən proseslər göstərir ki. sabitlik olmayan yerdə inkişaf da olmaz. Bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Geridə qalan ili mültikultiralizm ili elan etmişdik. Azərbaycan bu məsələdə dünya miqyasında mərkəzlərdən birinə çevrilmişdir. Bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlərdə ölkəmizin  milli maraqlarını müdafiə etmişəm. Azərbaycanın dünya miqyasında böyük imici var. Qarabağ məsələsində nəticələr olmasa da, 2017-ci ildə mövqelərimiz daha da gücləndi. Seperatist rejim tərəfindən keçirilən qondarma referendumu tanınmadı. Beləliklə bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Sadəcə, mənfur qonşular tərəfindən tarixi, dini abidələrimiz məhv edilib. Ermənistan tərəfindən irəli sürülən heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar sayəsində istəyimizə nail ola bilərik. Aprel döyüşlərindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Bu məğlubiyyət onlarla bir dərs olsun. Gün gələcək bizim bayrağımız Şuşada, işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Bütün azərbaycanlıları bayram münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik arzu edirəm”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2272
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."