Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən etibarən müəyyən sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir.
Yenicag.az həmin sahələrin siyahısını təqdim edir:
– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
– Mühəndislik və layihələndirmə xidmətləri;
– Qablaşdırma məhsullarının istehsalı;
– Daş, metal və taxta məhsullarının istehsalı;
– Mebel istehsalı və təmiri;
– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
– Onlayn satışlar;
– Kimyəvi təmizləmə;
– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
– Avtomobillərin təmiri;
– Avtomobil yuyulma məntəqələri;
– Heyvan sığınacaqları;
– Tərcümə xidmətləri.
www.yenicag.az