Bu ölkə Trampın Nobel mükafatına namizədliyini irəli sürmək istəyir
Kamboca Tailandla münaqişənin həllində göstərdiyi köməyə görə ABŞ Prezidenti Donald Trampı Nobel sülh mükafatına namizəd göstərmək istəyir.
Yenicag.az “The Wall Street Journal”a istinadən xəbbər verir ki, bunu krallığın baş nazirinin müavini Sun Çantol deyib.
“O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, həm də digər nailiyyətlərinə görə Nobel mükafatını almalıdır”, – deyə Çantol bildirib.
Onun sözlərinə görə, Amerika liderinin iştirakı olmadan münaqişə tərəfləri atəşkəs barədə razılığa gələ bilməzdilər. O qeyd edib ki, Kamboca hökuməti Trampın namizədliyi ilə bağlı Nobel Komitəsinə müraciət etməyi planlaşdırır.