!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu ölkədə hər şey dünya standartına uyğun ola bilər, bir tək insanlara dəyərdən başqa..." - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bahalı ölkədə ucuz taksi ilə gedəndə dünya birliyi buna gülür. Bahalı ölkədə maaşla qiymətlər uyğun gəlmir deyəndə, “coğrafiya kaderdir” cavabı gəlir, girənlər Allaha şükür etməyi məsləhət görür, trollar “levi” iş axtara-axtara söyür.

Bahalı ölkədə pensiya yaşına və məmur pensiyası ilə digərlərinin aldıqları arasındakı fərqə etiraz edirsən, ağıllının biri çıxıb “Azərbaycan uzunömürlülər diyarıdır” nağılını danışır, o birisi də indeksləşdirilmə dastanı oxuyur.

Müharibədən sonra hərbçilərin maaşının kəsilməsindən xəbəriniz var. Uzatmayım. O vaxt belə bir informasiya almışdım ki, Müdafiə Nazirliyi maaşı balansındakı puldan ödəməyi təklif etmişdi. Buna Maliyyə Nazirliyi “yox” demişdi.

Qazan təminatında olmayan hərbçilərin ərzaq pulu (yemək pulu) aylıq 64 manatdır. Bir hərbçinin günlük qidalanması 3 manat belə eləmir.
Həmin qida rasionu internetdə var, rahatlıqla baxa bilərsiniz. Bir hərbçi ilə oturub qram-qram həmin qidaları hesabladıq, aya 180 manatdan aşağı etmədi. Taksiyə gələndə dünya standartı, hərbçinin yeməyinə gələndə Afrika belə deyil.

Aldığım məlumata görə, yemək pulunun 100-200 faiz artırılması yönündə təklif irəli sürülüb. Bundan əlavə hərbçilərin vəzifə maaşlarının artırılması üçün 30 faiz təklif edilib. Maliyyə Nazirliyi 15 faiz edə biləcəyini deyib. Bu məsələnin üstündə ciddi mübahisələrin olduğu deyilir. Müdafiə Nazirliyi qalıb kənarda, digər qurumların rəhbərləri heç olmasa 20 faiz artırmaq lazımdır deyirlər. Avtoritet olmamağın yaratdığı vəziyyət.
Ətraflı yazmamaq üçün özümü sıxdım.

Bu ölkədə hər şey dünya standartına uyğun ola bilər, bunun üçün cəhdlər edilər, bir tək insanlarına verilən dəyərdən başqa. Türklər demiş, “tohumuna para mı sayıblar?”.

Səxavət Məmməd

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv