Türkmənistan telekanallarında film və digər proqramlar zamanı seks, şiddət və pis vərdişlərin nümayiş etdirilməsi qadağan olunub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov qanun imzalayıb. Sənəddə bildirilir ki, xalqın milli maraqlarının müdafiəsi məqsədilə belə bir qərar qəbul edilib.
Lakin yeni qəbul edilən qanunda “pis vərdişlər” kimi hansı davranışların nəzərdə tutulduğu qeyd olunmayıb. Üstəlik, bu qanundan irəli gələn müddəaların konkret hansı orqan tərəfindən tənzimlənəcəyi də açıqlanmayıb.