Türkmənistan prezidentinin oğlu Sərdar Berdiməhəmmədov bu ölkənin xarici işlər naziri təyin edilib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov fərman imzalayıb.
Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, Türkmənistan Kənd Təsərrüfatı Universitetinin texnologiya mühənsidi fakultəsini bitirib. 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. 2011-2013-cü illərdə isə Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb və Avropa və Beynəlxalq Təhlükəsizliyi üzrə mütəxəssis adına yiyələnib.
Prezidentin oğlu martın 25-də keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilmişdi.
www.yenicag.az