Bu ölkədə terrorçular 63 nəfəri qaçırdılar

media-hightechnic-468x90

Nigeriyanın Niger əyalətində 63 dinc sakin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

Yenicag.az xarici KİV-ə  istinadən xəbər verir ki, silahlı şəxslər Nigerin üç kəndinə basqın ediblər.

Basqında Durmin kəndindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 mülki olmaqla ümumilikdə 63 nəfər qaçırılıb.

Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.

Son illərdə artan təhlükəsizlik problemləri səbəbindən Nigeriyada tez-tez mülki şəxslərə qarşı hücumlar həyata keçirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa