Bu ölkələrin ticarət həcmi 30 milyardı keçdi
Türkiyədən Rusiyaya ərzaq və qida məhsullarının idxalı ötən ildə rekord səviyyəyə çatıb.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov deyib.
O bildirib ki, 2013-cü illə müqayisədə ötən il Türkiyədən Rusiyaya ət və ət məhsullarının ixracı 10 dəfə artıb. Yanvar-noyabr aylarında göndərilən balıq və balıq məhsulları 2 dəfə, tərəvəz 10% artıb. Bundan əlavə, Türkiyədən süd və yumurta alınmasına başlanılıb.”
Səfir diqqətə çatdırıb ki, 2014-cü ilin nəticələrinə əsaslanaraq Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 30 milyard dolları keçə bilər.
Onun sözlərinə görə, 2015-ci ildə Rusiyada böhrana görə vəziyyət neqativ tərəfə dəyişəcək. Amma bu effekt uzun müddət davam etməyəcək.
(anspress.com)