Bu qurumlar maşınlarını satır

media-hightechnic-468x90

Ağdam Rayon İcra Hakimiyyətinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin, Azərbaycan Dillər Universiteti PHŞ-nin, 1 nömrəli Bakı Tibb Kolleci” PHŞ və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Zuğulba” İqamətgahının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, hərracda toplam 12 nəqliyyat vasitəsi satışa qoyulacaq.

Sözügedən nəqliyyat vasitələrinin buraxılış illəri 1991-ci ildən 2013-cü ilə qədər dəyişir.

Start qiymətləri isə 1 200 manatdan 22 000 manata qədər dəyişən müxtəlif məbləğlərlə təklif olunur.

Hərrac iyunun 11-i saat 10:00-da keçiriləcək.

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600