Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu qurumun adı dəyişdirildi - Fərman

Prezident İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, yeni yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin adı dəyişdirilirək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb.

Sənədə əsasən, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılacaq.

Sənədlə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu”, və “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiqlənib.

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

www.yenicag.az

1629
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100