!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu rayonda qaz kəsiləcək

!Reklam – Yazi

Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.

“Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər”, – deyə məlumatda qeyd olunub./report/

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv