Bu rayonda qaz kəsiləcək

media-hightechnic-468x90

SOCAR-ın “Qaz İxrac” idarəsi tərəfindən “İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin “İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı 26.02.2024-cü il tarixində saat 14:00-dan 18:00-dək “İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600