!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şagirdlər hələ də distant təhsilə davam edəcəklər - RƏSMİ

!Reklam – Yazi

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

Yenicag.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, nazirlik əyani tədrisə qayıtmağın tərəfdarı olub: “Uşaqların sosial psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

O bildirib ki, şəraiti imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: “Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv