Bu saytların fəaliyyəti dayandırıldı

media-hightechnic-468x90

90781Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb.

media-banner_tkm

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib.

Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb.

Məsələni dəqiqləşdirmək üçün “Qafqazinfo” media rəhbərləri ilə əlaqə saxlayıb. “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu gün şirkət bununla bağlı xüsusi açıqlama yayacaq və əlavə şərh verməkdən imtina edib.

“Teleqraf Holding”in rəhbəri Aynur Camalqızı isə məşğul olduğunu və hazırda danışa bilməyəcəyini bildirib.

Əldə etdiyimiz digər məlumatlara görə, fəaliyyəti dayandırılan saytlar Holdinglərdəki digər saytlara birləşdiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05