Bu səbəblər hafizəni zəiflədir…

media-hightechnic-468x90

stressUnutqanlıq hər birimizin başına gələ bilər. Həkimlə görüş vaxtımızı unuduruq, maşını hara park etdiyimizi, hətta həyat yoldaşımızın, övladımızın doğum gününü unuduruq. Bəs bu unutqanlığa səbəb nədir?

1 – Yuxusuzluq

Bütün gecə vaxtımızı televizora və ya digər maraq vasitələrinə ayıraraq, necə olsa bazar günü rahat – rahat yataram deyib yuxumuza əngəl yaratmaq hətta bir neçə fincan qəhvə içərək yuxumuzu qaçırmaq ciddiyə almasaq belə yaddaşsızlığa çox ciddi ziyan vuran amillərdəndir. Bir sıra araşdırmalara görə yuxuda ikən beynimizin xatirələri və gün ərzində baş verən hadisələri toplayan hissəsi bu hadisələri uzun zaman hafizəyə keçirməyə başlayır.

2 – Həddindən artıq içkiyə aludə olmaq

Birləşmiş ştatlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, orta yaşlarda qazanılan spirtli içkiyə bağlılıq insanı yavaş-yavaş çökdürmə və irəli yaşlarda hafizəsini itirmə riskini yüksəldir.

Araşdırmaçılar orta yaşlardakı bir insanın 10 illik spirtli içki alışqanlıqlarını, bundan istifadə etməyən və ya çox az istifadə edən insanlarla qarşılaşdırmışlar və çox böyük fərq olduğu qənaətinə gəlmişlər. Belə ki, spirtli içki içənlərin nə qədər tez haFizələrini itirdiklərini nəticədə isə həyatlarını itirdiklərini bildirmişlər.

3 – Stress

Stress zehnimizi və fiziki gücümüzü azaldır. Həyata neqativ bir yöndən baxmağımıza səbəb olur.

Günümüzdə stressin bir çox problemlərə yol açdığının şahidi oluruq. Stress anında ən çox zərbə alan isə beyin olur. Stress anında beyində bədənə ya savaş ya da qaç mesajı gəlir. Əgər mübarizə apara bilmirsənsə bu beyinə çox böyük zərbə vurur və bunun nəticəsində də yaddaş ya zəifləyir ya da öz fəaliyyətini dayandırır. İngiltərə Universitetlərinin birində edilən araşdırma nəticəsində yüksək stressin beyindəki əlaqəni qopartdığını və hafizənin işləməsinə əngəl yaratdığı bildirilmişdir. (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600