Bu şərtlərlə Fələstini dövlət kimi tanıyacaq

media-hightechnic-468x90

İtaliyanın baş naziri Giorgia Meloni BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində hökumətin Fələstini tanımaq üçün parlamentə təklif təqdim edəcəyini açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki,  Meloni bunun yalnız bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan və onun idarəçiliyindən tamamilə uzaqlaşdırılması şərti ilə həyata keçiriləcəyini bildirib.

“Mən Fələstinin tanınmasının əleyhinə deyiləm, lakin biz prioritetlərimizi düzgün təyin etməliyik”, – deyə o, ifadə edib.

Meloni  həmçinin beynəlxalq təzyiqlərin İsraildən çox HƏMAS-a yönəlməsi lazım olduğunu bildirərək, “HƏMAS müharibəni başlatandır və girovları geri qaytarmaqdan imtina edərək müharibəni bitirməkdən imtina edir”, – deyib. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05