!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu sevgini mənə yaşadan bir insan olub” - Əməkdar artistdən doğum günü ETİRAFI

!Reklam – Yazi

“Məni cavan ruhda saxlayan sevgim olub”.

Bu sözləri tanınmış aktyor, əməkdar artist Firdovsi Atakişiyev doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Yaş üstünə yaş gəldikcə rəqəmlərin onun üçün heç bir önəm daşımadığını deyən aktyor ruhunu cavan qalması üçün onu yaşadan əbədi sevgiyə borclu olduğunu bildirib:

“Rəqəmərin mənim üçün heç bir fərqi və əhəmiyyəti də yoxdur. Çünki rəqəm sadəcə bir sənəddir. Əsas olan daxili aləm və ruhun yaşıdır. Ruhumun yaşı cavandır. Məni cavan ruhda saxlayan da sevgim olub. Həyata, ailəmə, sənətimə olan sevgim. Bu sevgini də mənə yaşadan bir insan olub, o da sevimli həyat yoldaşım İranadır.

Hələ gün yarıya çatmayıb, çoxlu sürprizlərlə qarşılaşdım, gözləmədiym hədiyyələr aldım. Doğum günümü axşam necə qeyd edəcəyimə gəlincə, böyük bir toy məclisində olacağam. Çox əziz dostumun övladının toyudur. O məclisdə olacağam. Heç vaxt təmtəraqlı doğum günü tədbirləri keçirməmişəm, amma bu gün beləcə çox böyük bir məclisdə, böyük bir auditoriya ilə doğum günümü qeyd edəcəyəm. Məni təbrik edən bütün dostlara tamaşaçılara, teatr, kinosevərlərə, ümumiyyətlə, yaxşı insana dəyər verən hər bir insana dərin təşəkkürümü bildirirəm. Sevgilərimi və sayğılarımı çatdırıram”.

Cəvahir

COP29

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv