!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxslər övladlığa uşaq götürə bilməyəcək - DƏYİŞİKLİK

!Reklam – Yazi

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.

Yenicag.az-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Sənədin 121-ci maddəsi (Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi) adı və bəndləri yeni redaksiyada verilir:

Belə ki, maddənin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Maddənin 121.1-ci bəndinə görə, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur.

121.-ci bəndə görə isə ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrı 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

COP29

www.yenicag.az

1219
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv