Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbin Ukraynaya göndərdiyi silah yardımından danışıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, nazir Ukrayna silahlı qüvvələrinin ehtiyacı olan silahlarla təchiz edilməsi öz effektini göstərməkdədir.
Kuleba bildirib ki, ABŞ istehsalı olan HIMARS və digər reaktiv yaylım atəşi sistemlərinin ölkədə olması Ukrayna ordusunun döyük qabiliyyətini xeyli artırıb:
“Əgər bu silahlar bizə vaxtında çatdırılsaydı Lisiçansk və Severodnetsk Ukraynanın nəzarəti altında qalacaqdı. Ümumiyyətlə, silah göndərilməsi çox incə məsələdir.
Sadəcə, bunu deyim ki, müxtəlif ölkələrdən HIMARS, başqa tip reaktiv yaylım atəşi sistemləri, haubitsalar, tanklar daha çox daxil olmaqdadır.
Bizim vəzifəmiz silah göndərilməsi ilə bağlı siyasi qərarların qəbulundan tutmuş logistika məsələlərinə qədər zəruri prosesləri sürətləndirməkdir”.
www.yenicag.az