“Bu tarix həm də strateji bir addımla – Laçın Beynəlxalq Aeroportunun açılışı ilə yadda qalacaq” – 28 May – Müstəqillik Günüdür

media-hightechnic-468x90

“Bu gün biz suverenliyin, bərpa olunan torpaqların və güclü müttəfiqlərin sayəsində tariximizin ən mühüm səhifələrindən birini yazırıq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, 28 May – Müstəqillik Günü ilə bağlı təəssüratlarını bölüşüb.

Politoloq bildirib ki, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika olaraq tarix səhnəsinə qədəm qoydu:

“Bu, təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının qürur məqamı idi. Lakin bu qürur dolu səhifə cəmi 23 ay davam etdi. 1920-ci ilin aprelində sovet ordusu Bakıya daxil oldu və gənc respublika işğala məruz qaldı. Amma ideya yaşayırdı. Müstəqillik arzusu xalqın ruhundan silinmədi. 1991-ci ildə Azərbaycan yenidən öz azadlığını qazandı. Bu dəfə tarix təkrar olunsa da, nəticə fərqli oldu: Azərbaycan müstəqilliyini qorudu və inkişaf etdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını azad edən Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə müasir dövlətçilik tarixində yeni bir mərhələyə qədəm qoydu.2025-ci ildə müstəqil Azərbaycan 107 yaşını qeyd edir. Bu tarix həm simvolik, həm də strateji bir addımla – Laçın Beynəlxalq Aeroportunun açılışı ilə yadda qalacaq. İşğaldan azad edilmiş Qarabağ torpaqlarında inşa edilən bu hava limanı Azərbaycanın sülh, təhlükəsizlik və inkişaf mesajını dünyaya çatdırdığı yeni bir pəncərədir”.

Onun sözlərinə görə, Laçın hava limanı sadəcə bir nəqliyyat infrastrukturu deyil, bu, Azərbaycanın ərazi bütövlüyü üzərində suveren iradəsinin rəmzidir:

“Həmçinin bölgədə yeni iqtisadi dinamikanın, ticarət və turizmin başlanğıcıdır. Bu mühüm layihənin açılışı zamanı Azərbaycanın yanında iki güclü müttəfiqi var: NATO üzvü olan Türkiyə və nüvə silahına malik Pakistan. Bu üçlük, ortaq tarix, din, mədəniyyət və strateji maraqlar əsasında formalaşmış qardaşlıq Cənubi Qafqazın gələcəyində sabitliyin və güc balansının vacib dayağına çevrilməkdədir. Bu gün Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də təşəbbüskar xarici siyasəti, diplomatik balansı və regional layihələrdəki fəallığı ilə dünya arenasında öz sözünü deyir. Bütün bunlar 107 il əvvəl atılan ilk müstəqillik addımının nə qədər uzaqgörən və möhkəm təmələ söykəndiyini sübut edir. Laçından qalxan təyyarələr yalnız səmaya deyil, eyni zamanda, Azərbaycanın gələcəyinə doğru ucalır. Bu gün biz suverenliyin, bərpa olunan torpaqların və güclü müttəfiqlərin sayəsində tariximizin ən mühüm səhifələrindən birini yazırıq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600