Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcəklər

media-hightechnic-468x90

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur.

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05