!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir”

!Reklam – Yazi

2020-ci il sentyabrın 15-də BMT Baş Assambleyasının 75-ci sessiyası öz işinə başlayıb.

Hələ bir neçə ay öncə, iyunun 17-də BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti vəzifəsinə Volkan Bozkır (Türkiyə) seçilmişdi.

İlk dəfədir ki, qardaş Türkiyədən olan nümayəndə BMT Baş Assambleyasının Prezidenti vəzifəsinə seçilib. Bu son illərdə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

V.Bozkır bu vəzifəyə seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, həm də V.Bozkıra təbrik məktubları göndərmişdi.

Prezident İlham Əliyev Türkiyə Prezidentinə ünvanladığı məktubda qeyd edib:

“Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.”

Cənab İlham Əliyev V.Bozkıra ünvanladığı məktubda isə qeyd edib: “Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.”

“V.Bozkır peşəkar diplomatdır. Zəngin siyasi və diplomatik karyeraya və təcrübəyə malikdir. Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri olub. 2011-ci ildə Türkiyə Parlamentinin üzvü seçilib və Türkiyədə son vəzifəsi Parlamentin xarici işlər komitəsinin sədri olub.

V.Bozkır Azərbaycan Xarici İşlər Nazirliyinin 100 illik yubileyinə həsr edilən medalla təltif edilib.

İnanırıq ki, onun sədrliyi dövründə BMT Baş Assambleyası təşkilat qarşısında duran önəmli qlobal məsələlərin həllinə öz töhfəsini verəcək və bu dövr BMT Baş Assambleyasının tarixinə uğurlu səhifə kimi yazılacaqdır.

V.Bozkırın sədrliyi dövrü çox vacib və eyni zamanda mürəkkəb bir dönəmə təsadüf edir. Bütün dünya COVİD-19 pandemiyası kimi təhdidlə üz-üzədir.

Əminik ki, siyasi və diplomatik fəaliyyətdə olan böyük bilik və təcrübəsi V.Bozkıra bu çətin dönəmdə 75-ci sessiyaya uğurla və inamla sədrlik etməyə və ciddi nəticələr əldə etməyə kömək edəcək.

Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi BMT Baş Assambleyasının 75-ci sessiyasının işində yaxından iştirak edəcək. Ölkəmiz V.Bozkıra sədrliyi dönəmində lazımi dəstəyi göstərəcək.

75-ci sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer almışdır. Bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var”.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv