Bu uşaqları övladlığa götürənlərə güzəşt olacaq

media-hightechnic-468x90
Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı övladlığa götürən şəxslərdən biri (özlərinin istəyi ilə) əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququna sahib olacaq.

Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu güzəşt hüququ övladlığagötürmə barədə məhkəmə qərarının surəti əsasında müəyyənləşdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600