!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu yara heç vaxt sağalmayacaq”

!Reklam – Yazi

4f23942373c9cbd3f5d1a42a49e38bc0Moskvada Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Rusiya paytaxtında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Yenicag.az apa-ya istinadən bildirir ki, tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 23 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin insanları yalnız azərbaycanlı olduqlarına görə öldürüblər. Bu yara heç vaxt sağalmayacaq”. Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib: “Dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımına ədalətli və hüquqi qiymət verilməlidir. Biz inanırıq ki, dünya ictimaiyyəti bu faciəvi hadisəni qulaqardına vurmayacaq. Artıq 23 ildir ki, biz bu soyqırımı barədə danışırıq. Bizim səsimiz ən yüksək tribunalardan eşidilib. Bugünkü gündə ABŞ-ın 10-dan çox ştatının senatı və bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik”. Leyla Əliyeva həmçinin iştirakçılara “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib.

Tədbir zamanı Azərbaycanın və Rusiyanın tanınmış musiqiçilərinin – Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim edilib.

Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan yeni toplunun rus dilində buraxılışının təqdimatı da keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalı hadisələrinin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Topluda, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və kədərlərini bölüşüb. Tədbirdə azərbaycanlı və rusiyalı məktəbli uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi də təşkil olunub.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv