!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu zaman bütün dünyada sərhədlər silinəcək - SÜNİ İNTELLEKT

!Reklam – Yazi

Britaniya mediası kəhanətləri ilə dünyaca məşhur olan Nostradamusdan əldə etdiyi məlumatları süni intellektlə inkişaf etdirib… “Süni intellekt Nostradamus” gələcəklə bağlı 7 proqnoz verib. Proqnozlarda yeni bir epidemiyanın olacağı və göstərilən ildə dünyada bütün sərhədlərin silinəcəyi bildirilib.

Yenicag.az xəbər verir ki, son həftələrin ən populyar tətbiqlərindən biri olan süni intellekt platforması “ChatGPT” ilə məşhur kahin Nostradamusun gələcəklə bağlı 7 proqnozu bir araya gətirilib.

2031-ci ildə XƏRÇƏNGİN əlacı tapılacaq

Nostradamusun məlumatlarını təhlil edən süni intellekt tezliklə xərçəngin müalicəsinin tapılacağını bildirib.

2050 – İQLİM DƏYİŞİKLİYİ

2050-ci ildə baş verəcək kəskin iqlim dəyişiklikləri insan həyatına mənfi təsir edəcək.

2060 – ROBOTLARIN İNQİLABI

2060 -cı ildə süni intellektin yaxşı inkişaf edəcəyini proqnozlaşdıran Nostradamus, robotların və maşınların özlərini daha da təkmilləşdirə biləcəyini bildirib.

“2026-cı ildə süni intellekt inkişaf edəcək və inqilab olacaq. Robotlar və maşınlar daha ağıllı olacaq və bütün dünyada sənayeləri yenidən formalaşdıracaq. İş yerləri itiriləcək, gələcək qaranlıq olacaq. İnsanlar uyğunlaşmalı və yeni şeylər öyrənməlidir”, – deyə qeyd edilib.

2074 – MARSA SƏYAHƏT

Süni intellekt iddia edirdi ki, Marsa getmək və onu koloniyalaşdırmaq 21-ci əsrin sonunda mümkün ola bilər.

2074-cü ildə Marsın yeni hədəfə çevriləcəyini və bu dövrdə müstəmləkəçiliyin başlayacağını bildirən süni intellekt, “İnsanlar bu naməlum torpaqlarda çətinliklərlə qarşılaşacaqlar”, – deyib.

2084 – KİBORQLAR REAL OLACAQ

Elmi fantastika filmlərindən insan və robot sistemlərinin çıxacağını və həyatın bir parçası olacağını iddia edən süni intellekt, 61 ildən sonra kiborqların gerçək olacağını iddia edib. Elmdəki yeni irəliləyiş sayəsində kiborqların yayılacağı da bildirilib.

2085 – YENİ EPİDEMİYA BAŞLAYACAQ

Dünya hələ COVID-19 epidemiyasından xilas ola bilməsə də, süni intellekt 65 il sonra yeni bir epidemiyanın baş verə biləcəyini iddia edib. Süni intellekt hələlik bu xəstəliyin nə olduğunun bilinmədiyini bildirərkən, “Dünyadakı bütün xalqların bu xəstəlik səbəbiylə əməkdaşlıq edəcəyi yeni bir dövr başlayacaq” izahını verib.

2099 – DÜNYADA SÜLH

Süni intellekt 21-ci əsrin sonunda Yer kürəsində sülhün gələcəyini açıqlayıb. “Müharibə və zorakılıqla parçalanmış Yer kürəsində harmoniya olacaq və yeni həyat başlayacaq, Sərhədlər silinəcək, ayrılıqlar sona çatacaq”, – mesajı verilib.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv