Kubanın xarici işlər naziri ABŞ-ı adaya qarşı qeyri-ənənəvi müharibə aparmaqda günahlandırdı

media-hightechnic-468x90

Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya ABŞ-nin ölkəsinə qarşı uzun illərdir çoxşaxəli qeyri-ənənəvi müharibə aparmaqda ittiham edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, BMT Baş Assambleyasının Kubaya qarşı tətbiq olunan ticarət-iqtisadi və maliyyə blokadasının dayandırılması məsələsinə həsr olunmuş iclasda çıxış edən nazir bildirib ki, ABŞ hökumətinin həyata keçirdiyi siyasət son yeddi ayda daha da sərtləşib.

Onun sözlərinə görə, Kubaya qarşı tətbiq olunan enerji blokadası faktiki olaraq dəniz blokadasına bərabərdir və bu, müharibə aktı hesab olunur. Bruno Rodriges Parrilya iddia edib ki, Vaşinqton Kubaya yanacaq, o cümlədən kommersiya və humanitar yüklərin çatdırılmasına mane olur, birtərəfli məhdudiyyətlər tətbiq edir və hətta neft tankerlərini hərbi-dəniz qüvvələrinin iştirakı ilə qorxudur.

Nazir, həmçinin ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin dəfələrlə Kubaya qarşı hərbi müdaxilə hədələri səsləndirdiyini iddia edib.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05