“Bulağın quruması barədə kim yazıbsa, Allah cəzasını verəcək”

media-hightechnic-468x90

download (1)Bu günlərdə muğam ifaçısı Elnarə Abdullayevanın Qobustan rayonuna çəkdirdiyi bulağın quruduğu barədə məlumatlar yayılıb. Məlumata görə, yenicə təntənəli açılışı olan bulağın yerləşdiyi ərazidə su çıxmadığı müəyyənləşib. Açılış tədbiri baş tutan gün isə yalnız quyuya su doldurmaqla bulaqdan istifadə etmək mümkün olub.

Xanəndə yayılan xəbəri təkzib edib. Onun sözlərinə görə, əksinə, yeni açılışı olan bulaq daha bol su verməyə başlayıb:

“Heç kim narahat olmasın, belə bir şey olmayıb. Allahın işinin qarşısına heç kim keçə bilməz. Bu işi uşaq görməyib ki, axırı belə pis olsun.

Bulağın quruması barədə kim yazıbsa, inşallah, Allah cəzasını verəcək. Orda 15 bulaq var, hamısı necə quruya bilər axı?..
Bu qədər xərc çəkdim, sizcə, hamısı boşuna idi? Kimsə mənim gördüyüm işi bacara bilər? Özümü cəmiyyətə göstərmək üçün bu addımı atmamışdım. Əgər bu işi mən görürürəmsə onun əyri-düzünü, yaxşı-pisini özüm daha yaxşı bilirəm. Allahın suyu qurtarmaz, imanla görülən iş bitməz.
Qəribə cəmiyyətimiz var, başa düşə bilmirəm ki, bulağn suyunun gəlib-gəlməməyinin kimə nə dəxli var? Sadəcə mətbuat mənim başımı bir qədər “xarab” etmək istəyir, vəssalam”.
Elnarə Abdullayeva bulağın ətrafında yeni təmir işləri aparılacağını da qeyd etdi:
“Müəyyən şeylər var ki, onları yenidən tənzimləmək lazımdır. İstəyirəm ki, gördüyüm hər bir iş çox yaxşı səviyyədə olsun. Lazım gələrsə qərar verəcəm ki, bulaq yenidən təmir edilsin”.
Xatırladaq ki, xanəndə Elnarə Abdullayeva bulağın çəkilməsinə 200 min manat xərc çəkdiyini bildirmişdi.

musavat.com

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600