Bulvara yeni rəis təyin edildi

media-hightechnic-468x90

f9479268-30be-43a7-b93c-facc0593f6a1Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə rəis təyin olunub.

Azərbaycan prezidenti İlham Əliyev İlqar Əziz oğlu Mustafayevi Dənizkənarı Bulvar İdarəsinə rəis təyin edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Mustafayev bundan əvvəl Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilmişdi.

Dənizkənarı Bulvar İdarəsinin yeni rəisi İlqar Mustafayev Heydər Əliyev Fondunun ekspertidir. İ.Mustafayev, eyni zamanda, Xəzər İnkişaf Fondunun direktorudur.

İ.Mustafayev Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600