“Buna cəhd də etməsinlər!”
Donbasın “xalq qubernatoru” Pavel Qubarev “Rusiya 24” kanalına müsahibəsində Ukraynada keçiriləcək prezident seçkisinin nəticəsini tanımayacaqlarını deyib.
Qubernator mayın 25-də keçiriləcək seçkinin qeyri-qanuni olduğunu və Ukrayna Konstitusiyasının 103-cü maddəsini pozduğunu bildirib: “Seçkilərin bizim Donetsk və Luqansk xalq respublikalarında keçirilməsi qeyri-qanunidir və buna cəhd də etməsinlər. Lakin ABŞ, Avropa və beynəlxalq maliyyə dairələrinin bu seçkiləri tanıyacağına heç şübhə yoxdur. Onlar Ukrayna ilə qaz layihələrini inkişaf etdirəcəklər və burada yenə rusdilli əhalinin hüquqları pozulacaq”.
Qeyd edək ki, Ukraynada prezident seçkisi mayın 25-də keçiriləcək.