“Bunlar təhsilimizi ağlar günə qoyublar”

media-hightechnic-468x90

jjjjjjTələbə Qəbulu üzrə Dövlət Komissiyası ənənəsinə sadiqlik nümayiş etdiməklə millətin təhsilin acınacaqlı durumda olmasına acıyan kəsimini heyrətləndirməkdə davam edir. Blə ki, əvvəlki illərdə olduğu kimi bu dəfə də ali məktəblərə qəbul olmaq üçün lazımi bal toplaya bilməyənlərə süni nəfəs verməklə, yəni keçid balını 25-dən 150-ə endirməklə əslində məmləkət əhlinin nəfəsini kəsirlər…

Keçid balını aşağı salmaqla özümüz bilə-bilə öz əlimizlə öz evimizi yıxmırıqmı, özümüz bilə-bilə təhsilimizin səviyyəsini aşağı salmırıqmı? Axı bu uşaqlar sabah gəlib auditoriyada kimlərinsə balasını bədbəxt edəcək, buna necə göz yummaq olar?

Tələbə Qəbulu Üzrə Dövlət Komissssiyasın ilk sədri Vurğun Əyyub da bizim qədər bədgüman və peşmançılıq içərisindəıdir. Amma bizdən fərqli olaraq o bir peşəkar təhsil ekspertidir və ona görə də aşağıdakı sualımıza cavab istəyirik:
Bəs siz çıxış yolunu nədə görürsünüz? TQDK bu qərarını belə əsaslandırır ki, o zaman universitetlərdə 50 fazi tələbə yeri boş qalacaqdı. Boş qalması daha çox faciədir, yoxsa həmin yerləri boş başlılarla doldurmaq? Çıxış yolu varmı, Mikayıl Cabbarov bu yükü çəkməyə qadirdirmi?

Əvvəl sualımıza cavab vermək istəmir və imtinasını belə əsaslandırır ki, bu cür rüsvayçılığa ad tapa bilmir və dəfələrlə bu barədə fikirlərini mətbuata söyldəyindən artıq yaşananlardan iyrənir. Amma israrımızı görüb bir neçə cümlə danışmağa razılaşır:
“Millətə düşmənçiliyin başqa adı yoxdur. Bunlar sovet dövründə onsuz da bərbad olan təhsilimizin anasını daha da ağlar qoyublar. Mənim deməyə sözüm qalmayıb. Burda M. Cabbarovun da hansısa yük daşıma qabiliyyəti müzakirə mövzusu deyil. O, müstəqil bir şəxsiyyət deyil, vəzifə xəstəsidir. Məsələ Azərbaycan hakimiyyətinin siyasi iradəsindədir. Təhsildə radikal islahatlara getməyə bu hakimiyyətin (o cümlədən M. Cabbarovun) siyasi iradəsi yoxdur və bu islahatlar onların mənafeyinə cavab vermir. Məsələ bu dərəcədə sadədir.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600