"Bütün dinlər bərabərdir, hamımız vahid Allaha ibadət edirik" - Deputat

media-hightechnic-468x90

“Bütün dinlər bərabərdir, hamımız vahid Allaha ibadət edirik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müzakirədə çıxışı zamanı deputat Bəxtiyar Sadıqov deyib.

Deputat Ulu Öndər Heydər Əliyevin dinimizə çox böyük hörmətlə yanaşdığını vurğulayıb:

“Həm Ulu Öndər, həm cənab prezident İlham Əliyev dövlət başçısı olduqları müddətdə Azərbaycanda ən çox dini məbədlər tikilib.

Sovet dövründə Allahsizlıq, əstəğfirullah, təbliğ olunurdu. Amma Azərbaycan xalqı Allahı, dini dəyərləri hər zaman ürəyində saxlayıb, unutmayıb. Azərbaycan xalqı dərk edib ki, bütün dinlər hamısı bərabərdir, hamımız vahid Allaha ibadət edirik”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa