!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bütün dünya vaksin pasportumuzu tanıyır, Azərbaycandan başqa - Replika

!Reklam – Yazi

Azərbaycan öz verdiyi vaksin pasportlarını özü qəbul etmir.

Yenicag.az xəbər verir ki, Azərbaycanda vaksin olunmuş və pasport almış şəxslər xarici ölkəyə səfər edərkən, əgər vaksin pasportunu 2 həftə ərzində alıbsa, gedəcəkləri ölkələrdə onlardan COVİD-19 testi tələb olunmur.

Misal üçün vaksin olunub Türkiyəyə səfər edən şəxslər əgər 2 həftə əvvələ qədər vaksin olunublarsa, onlardan test tələb olunmur.

Azərbaycana gələn hər şəxsdən isə COVİD-19 testi tələb olunur. Bu, normal hal sayıla bilər. Hər ölkənin virusla mübarizə üsulu da fərqli ola bilər. Azərbaycan hansısa ölkənin vaksin pasportuna güvənməyə bilər. Məsələ ondadır ki, Azərbaycan hökuməti öz verdiyi vaksin pasportuna da güvənmir. Belə ki, bir Azərbaycan vətəndaşı vaksin olunub, pasport alandan sonra xarici ölkəyə səfər edir. O, ölkədə bir neçə gün qalandan sonra öz ölkəsinə dönmək istəyəndə, test verməsə, təyyarəyə minməyəcəyi barədə xəbərdarlıq alır.

Bu, o deməkdir ki, Azərbaycan öz verdiyi vaksin pasportuna özü belə güvənmir. Təbii ki, bu tələb Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həyata keçirilir. Xarici bir ölkə Azərbaycan dövlətinin verdiyi vaksin pasportuna güvəndiyi halda, Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə öz ölkəsinin vaksin pasportuna güvənmir. Bu, dolayısı ilə Azərbaycandakı mövcud hökumətinin səhiyyə sisteminə, TƏBİB-ə olan güvəninin də təzahürüdür.

Qısacası, Operativ Qərargah xalqı məcbur edir ki, könüllü vaksin olunsun, ancaq özü öz vaksin pasportunu qəbul etmir. Quru yolları bağlı, öz vaksin pasportuna belə güvənməyib, test tələb edən ölkədə Delta ştammı yayılırsa, çox məsuliyyətsiz bir virusla qarşı-qarşıyayıq. Bu arada, Çin Azərbaycanda ən çox istifadə olunan “Sinovac”ın Delta ştammına gücünün çatmadığını sonunda etiraf etdi. Yəni, pop-kornları hazırlayın, komediyanın üçüncü hissəsi yaxında sinemalarda…

Səxavət Məmməd

www.yenicag.az

2328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv