Bütün ölkə bundan danışırdı: Körpəni küçəyə atan qadın saxlanıldı

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası tutulub.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.Əkbərova olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı.