Naxçıvanda ləğv edilən federasiyanın yerinə yeni qurum yaradıldı

media-hightechnic-468x90

Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu günlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yeni qurumun dövlət reyestrinə daxil edilməsi ilə bağlı qərar verib.

Qurumun əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının fəaliyyət istiqamətlərini əsas götürməklə Naxçıvan Muxtar Respublikasında voleybolu inkişaf etdirməkdən ibarət olacaq. Hazırda struktur və təşkilati məsələlərin həlli ilə bağlı işlər görülür.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Naxçıvan Voleybol Federasiyası 2025-ci ilin fevralında ləğv olunmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600