Mehdi Sobhani: “İranla Ermənistan arasında münasibətlər strateji xarakter alıb”

media-hightechnic-468x90

“İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadənin Ermənistana səfəri Tehran-İrəvan münasibətlərinin strateji xarakter aldığını göstərir”.

Yenicag.az “Sputnik Armenia”ua istinadla xəbər verir ki, bu barədə Əkərək (Aqarak – red.) şəhərində jurnalistlərə açıqlamasında İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

“Bu səfər onu göstərir ki, İranla Ermənistan arasında münasibətlər strateji xarakter alıb və bütün sahələr üzrə inkişaf edir”, – deyə səfir vurğulayıb.

Sobhani İranın müdafiə nazirinin İrəvanda keçirdiyi görüşləri müsbət və səmərəli qiymətləndirib. Onun sözlərinə görə, Nasirzadə Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş nazir Nikol Paşinyan, yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla məhsuldar danışıqlar aparıb.

Diplomat iki ölkə arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadə mayın 20-də Ermənistana səfər edib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600